ABŞ-ın sabiq prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub.
Doğru.az xəbər verir ki, bu barədə məlumatı Zelenskinin ofisinin rəhbəri Andrey Yermak özünün Telegram kanalında paylaşıb. O, danışığı “çox vacib və mənalı söhbət” kimi dəyərləndirib.
Yermakın sözlərinə görə, söhbətin detalları yaxın vaxtlarda açıqlanacaq.
Qeyd edək ki, iyulun 3-də Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında da təxminən bir saat davam edən telefon danışığı olmuşdu.
DOĞRU.AZ