image-n1karobka_ads
image-123
image-4448e3cd09818837dba1acedceb0bc3cbackend

Tula vilayətində Ukraynaya məxsus PUA-nın hücumu nəticəsində 3 nəfər yaralanıb

Tula vilayətinin Novomoskovsk şəhərində Ukraynaya məxsus pilotsuz təyyarənin hücumu nəticəsində üç sakin yaralanıb, regionun qubernatoru Dmitri Milyayev bildirib.

“Üç nəfər xəsarət alıb, onlardan ikisi xəstəxanaya yerləşdirilib, bir qurbana isə yerindəcə tibbi yardım göstərilib”, o, Telegram kanalında yazıb.

Mayın 24-də gecə və səhər saatlarında Rusiyanın hava hücumundan müdafiə sistemləri biri Tula vilayəti üzərində də daxil olmaqla altı rayon üzərində 94 Ukrayna pilotsuz təyyarəsini vurub.

Bir gün əvvəl Tulada PUA tərəfindən zədələnmiş evdə təmir işlərinə başlanılıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki