Xalq artisti Tünzalə Ağayeva bu dəfə gənc müğənni Rəvan Qaçayevlə duet ifa edib.
Doğru.az xəbər verir ki, ifa etdikləri “Cəngi Koroğlu” aşıq mahnısı musiqisevərlər tərəfindən böyük maraqla qarşılanıb.
Tünzalə Ağayeva iş barədə danışaraq bildirib: “Mən aşıq elinin övladıyam. Köklərimizə toxunmaq, məşhur aşıqlarımızın səsləndirdiyi ‘Cəngi Koroğlu’ dastanını fərqli yanaşma ilə ifa etmək inanılmaz duyğudur.
Duet tərəfdaşım Rəvan Qaçayevi çox bəyənirəm. Mahnının ritmləri, ab-havası məndə çox fərqli hisslər yaşadır. İlkin Valehoğluya da təşəkkür edirəm, o, bu işdə bütün incə detalları yüksək peşəkarlıqla önə çıxarıb”.
Mahnının yeni aranjımanı İlkin Valehoğlu tərəfindən hazırlanıb.
DOĞRU.AZ




























