Heydər Əliyev Fondunun təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Heydər Əliyev Mərkəzinin parkında 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş möhtəşəm konsert proqramı təqdim olunub.
Tədbirdə Xalq artisti Tünzalə Ağayeva da səhnəyə çıxıb. Pop musiqisinin sevilən siması bu dəfə də tamaşaçılarını sevindirib. O, repertuarındakı ən zəngin və vətənpərvər mahnılardan biri olan “Mən Azərbaycanlıyam” əsərini səsləndirib. İfaçı bu çıxışı ilə gecəyə xüsusi rəng qatıb və tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Qeyd edək ki, tədbirdə müxtəlif janrlarda tanınmış sənətçilərin çıxışları da olub.
Gecədən çəkilmiş görüntüləri təqdim edirik: