Xalq artisti Tünzalə Ağayeva bu dəfə sevənlərini fərqli obrazı ilə təəccübləndirib.
Doğru.az xəbər verir ki, pop ulduz qotika tərzində seçdiyi geyimi ilə diqqət mərkəzində olub. Libas xüsusi olaraq sənətçi üçün hazırlanıb və kürək hissəsində “T/A” loqosu yer alıb.
Geyimin müəllifi yerli markadır, üzərindəki aksesuarlar isə Neijan Malik tərəfindən hazırlanıb. Tünzalə Ağayeva obrazında qara və tünd tonları üstün tutaraq qotika üslubunu uğurla təqdim edib. Onun bu imici həm sosial mediada, həm də moda ictimaiyyətində maraqla qarşılanıb. Sənətçinin fərqli stili izləyicilər tərəfindən təriflənir və onun moda seçimləri hər zaman müzakirə mövzusu olur.
Tünzalənin bu görünüşü onun yalnız səhnədə deyil, həm də gündəlik həyatda modaya diqqət yetirdiyini göstərir və ulduzun stilinə marağı artırır.
DOĞRU.AZ





























