image-2000x150px
image-123
image-ads_atlas
image-bez-nazvaniyabackend

“Turan Tovuz”un legioneri: “Özümə yeni ev tapdığım üçün xoşbəxtəm”

image-728x90px

“Özümə yeni ev tapdığım üçün xoşbəxtəm”.

Bunu “Turan Tovuz”un Cənubi Afrika Respublikasından olan futbolçusu Siyanda Xulu Azərbaycan təmsilçisinə keçidi ilə bağlı ölkəsinin mətbuatına açıqlamasında deyib.

31 yaşlı müdafiəçi hələlik karyerasını xaricdə davam etdirmək istədiyini bildirib: “İsrailin “Hapoel” (Tel Əviv) klubu ilə müqaviləm ləğv olunduqdan sonra da planım xaricdə qalmaq idi. Amma asan olmayacaq. Burada yeni mühit, mədəniyyət və liqa var. Ümid edirəm ki, mənim və “Turan Tovuz” üçün məhsuldar mövsüm alınacaq”.

Qeyd edək ki, “Turan Tovuz” avqustun 17-də Siyanda Xulu ilə bir illik müqavilə imzalayıb.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki