Türkiyə 2024-cü ildə öz ərazisində qaz mərkəzini işə salmağa ümid edir.
TRT Haber xəbər verir ki, bunu Türkiyənin energetika naziri Alparslan Bayraktar deyib.
“Biz qaz qovşağının yaradılmasından danışırıq. Düşünürəm ki, biz bu təşəbbüsü 2024-cü ilə qədər başa çatdıra bilərik”, – deyə Sankt-Peterburq Beynəlxalq Qaz Forumunda departament rəhbəri bildirib.
Onun sözlərinə görə, Türkiyə tərəfi hazırda bu layihəni “Qazprom”la müzakirə edir. Gündəlikdə elektron platformanın yaradılması var. Bayraktar qeyd edib ki, bu proses “çox vaxt aparmayacaq”: bu mexanizmin yaradılması bir il çəkə bilər.
Mənbə: TRT Haber