image-2000x150px
image-123
image-ads_atlas
image-bez-nazvaniyabackend

Türkiyə B Liqasına, Danimarka və Niderland final mərhələsinə vəsiqə qazana bilər

image-728x90px

Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start veriləcək.

“Report”un məlumatına görə, A, C və D Liqalarında ümumilikdə 10 oyun keçiriləcək.

A Liqasında Danimarka və Niderland seçmələri bu tur final mərhələsinə vəsiqəni təmin edə bilər. Bunun üçün 1-ci qrupda yer alan skandinaviyalılar Zaqrebdə Xorvatiyaya, “narıncılar” isə Varşavada Polşaya qalib gəlməlidir.

Bundan başqa, 1-ci qrupda Fransa millisi evdə Avstriyaya uduzsa, sona 1 tur qalmış A Liqası ilə vidalaşacaq.

Gecənin maraqla gözlənilən matçlarından biri C Liqasında olacaq. Türkiyə yığması Lüksemburqu qəbul edəcək. “Ay-ulduzlular” evdə rəqibinə uduzmasa, vaxtından əvvəl B Liqasına vəsiqə qazanacaq.

Azərbaycan millisinin yer aldığı 3-cü qrupda da bir məsələlərə aydınlıq gələ bilər. Slovakiya evdə Canni De Byazinin baş məşqçi olduğu komandaya uduzsa, Qazaxıstan Belarusla matçın nəticəsindən asılı olmayaraq, qrup qalibi olacaq və B Liqasına yüksələcək.

D Liqasında isə Latviya millisi bu tur qrup birinciliyini vaxtından əvvəl təmin edə bilər.

UEFA Millətlər Liqası

Qrup mərhələsi, V tur

22 sentyabr

A Liqası

1-ci qrup

22:45. Fransa – Avstriya

22:45. Xorvatiya – Danimarka

Xal durumu: Danimarka – 9, Xorvatiya – 7, Avstriya – 4, Fransa – 2

4-cü qrup

22:45. Polşa – Niderland

22:45. Belçika – Uels

Xal durumu: Niderland – 10, Belçika – 7, Polşa – 4, Uels – 1

C Lqası

1-ci qrup

22:45. Türkiyə – Lüksemburq

22:45. Litva – Farer adaları

Xal durumu: Türkiyə – 9, Lüksemburq – 7, Farer adaları – 4, Litva – 0

3-cü qrup

18:00. Qazaxıstan – Belarus

22:45. Slovakiya – Azərbaycan

Xal durumu: Qazaxıstan – 10, Slovakiya – 6, Azərbaycan – 4, Belarus – 2

D Liqası

1-ci qrup

20:00. Latviya – Moldova

22:45. Lixtenşteyn – Andorra

Xal durumu: Latviya – 12, Moldova – 7, Andorra – 4, Lixtenşteyn – 0

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki