Türkiyə Mərkəzi Bankı 2023-cü ilin sonu üçün inflyasiya proqnozunu 65%-ə düzəldib.
TASS xəbər verir ki, bu barədə tənzimləyicinin rəhbəri Hafizə Qaye Erkan açıqlama verib.
Onun sözlərinə görə, Mərkəzi Bank əvvəllər inflyasiyanı 58% proqnozlaşdırmışdı. Dəyişiklik son aylarda inflyasiyanın gözləntiləri üstələməsi ilə əlaqədardır. Eyni zamanda, artıqlamanın sürəti hər ay aşağı düşür. Erkan qeyd edib ki, pul siyasətinin sərtləşdirilməsinin təsiri getdikcə özünü göstərir. O, inflyasiyanın azaldılması prosesinin 2024-cü ilin ikinci yarısında başlayacağını gözləyir.
Türkiyə Mərkəzi Bankı 2024-cü il üçün inflyasiyanı 36%, 2025-ci il üçün 14% səviyyəsində proqnozlaşdırır. 2023-cü il üçün proqnozlar diapazonu 62-68%, 2024-cü il üçün 30-42% təşkil edir. Tənzimləyici rəhbəri bildirib ki, pul kütləsinin sterilizasiyası tədbirləri çərçivəsində dövriyyədən təxminən 25 milyard dollar çıxarılıb, son qərarlara əsasən, ümumi məbləğ 36 milyard dolları keçəcək.
Mənbə: TASS