image-n1karobka_ads
image-123
image-_ena_427b566ce134944ba4ea4daff_obackend

Türkiyə Prezidenti Azərbaycanla bağlı sənədi təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Respublikasının Enerji və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında təbii qazın tədarükünə dair Anlaşma Memorandumunu təsdiqləyib.

“Doğru.Az”-ın xəbərinə görə, Ərdoğanın bununla bağlı Sərəncamı “Resmi Gazete”də dərc olunub. Qeyd edək ki, ötən il dekabrın 22-də Bakıda Türkiyə Respublikasının Enerji və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında təbii qazın tədarükünə dair Anlaşma Memorandumu imzalanıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki