image-n1karobka_ads
image-123
image-ria_8235195-pic_32ratio_1200x800-1200x800-90743backend

Türkiyə taxılın Afrikaya çatdırılması ilə bağlı məsələlərin yaxın vaxtlarda həll olunacağını gözləyir

image-ad_qayo_720x110px

Türkiyə Rusiyadan taxılın emalı və ehtiyacı olan Afrika ölkələrinə çatdırılması layihəsi ilə bağlı məsələlərin 2023-cü ilin sonuna kimi həll olunacağını gözləyir. Bu barədə RİA Novosti-yə Ankaradakı diplomatik mənbə məlumat verib.

“Layihə cənab Prezidentin nəzarətindədir, müvafiq strukturlar arasında koordinasiya var. Biz gözləyirik ki, bu ilin sonuna kimi emal və çatdırılma ilə bağlı məsələləri yekunlaşdıracağıq”, – agentliyin həmsöhbəti bildirib.

Rusiya prezidenti Vladimir Putin Rusiya-Afrika sammitində Rusiya Federasiyasının Ümumdünya Ərzaq Proqramı siyahısında olan altı Afrika ölkəsinə humanitar yardım olaraq pulsuz taxıl göndərmək niyyətini açıqlayıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Ankara bu təşəbbüsü dəstəkləyir və Qətərlə birlikdə Rusiya taxılının emalı və ehtiyacı olan ölkələrə çatdırılmasını asanlaşdıracaq.

Mənbə: RİA Novosti

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki