image-2000x150px
image-screenshot_20220601-220611_chromebackend

Türkiyə və Pakistan arasında yeddi saziş imzalandı

image-728x90px

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə rəsmi səfərdə olan Pakistanın Baş naziri Şahbaz Şərif ilə məhdud və geniş tərkibli görüşlər keçirib.

Bu görüşlərin nəticəsi olaraq, Türkiyə ilə Pakistan arasında 7 əməkdaşlıq müqaviləsi imzalanıb.

İmzalanma mərasimindən sonrakı birgə mətbuat konfransında çıxış edən Ərdoğan bu il Pakistanla diplomatik münasibətlərin 75 illiyinə diqqət çəkib.

“Pakistan ilə əlaqələrimizi daha da gücləndirməyi planlaşdırırıq. Görüş zamanı biz ikitərəfli münasibətlərimizi, regional və qlobal məsələləri hərtərəfli müzakirə etdik. Biz Pakistanla müdafiə sənayesi sahəsində son zamanlar inkişaf edən əməkdaşlıqdan məmnunuq. Pakistanla ticarət hədəfimiz illik 6 milyard dollardır”, – deyə dövlət başçısı bildirib.

O, Türkiyənin terrorla mübarizədə Pakistanı sona qədər dəstəklədiklərini bəyan edib.

Mənbə: TRT

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki