image-2000x150px
image-123
image-ads_atlas
image-1414315backend

Türkiyədə 8 gündür davam edən meşə yanğınlarında SON VƏZİYYƏT

image-728x90px

8 gündür ki, Türkiyənin müxtəlif bölgələrində meşə yanğınları davam edir.

Doğru.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, yanğın Antlayanın Manavqat və Gündoğmuş bölgələrində fasiləsiz davam edir. Muğalada da baş verən yanğınlar vətəndaşların səyi ilə söndürülməyə çalışılır. Digər tərəfdən Aydın, Denizli və İspartada da yanğınlar davam edir.

Son dəqiqə xəbərlərinə görə, 28 iyuldan bu yana 39 əyalətdə, 174 meşə yanğını əmələ gəlib. Bu yanğınlardan 160 -ı nəzarət altına alınıb.

14 yanğın hələ də söndürülməyib:

Antalyada 2 yanğın davam edir: Manavgat, Gündoğmuş

Muğlada 7 yanğın davam edir: Marmaris, Köyceğiz, Kavaklıdere Milas 2, Yılanlı, Seydikemer

Aydında 1 yanğın davam edir: Karacasu

İspartada 2 yanğın davam edir: Sütçüler, Eğirdir

Dənizlidə 2 yanğın davam edir: Tavas, Güney

Bu günədək baş verən yanğınlarda 8 nəfər həyatını itirib. Səhiyyə naziri Fahrettin Kocanın verdiyi məlumata görə, Muğlada 271, Antalyada 598 nəfərin müalicəsi tamamlanıb. Antalyada 11, Muğlada isə 36 nəfəri müalicəsi davam edir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki