image-ads_n1karobka_mobile
Türkiyədə antiterror əməliyyatı zamanı partlayış oldu – FOTO/YENİLƏNİBbackend

Türkiyədə antiterror əməliyyatı zamanı partlayış oldu – FOTO/YENİLƏNİB

Türkiyənin Hatay əyalətinin İskəndərun şəhərində terrorçunun zərərsizləşdirilməsi zamanı partlayış olub.
Doğru.az “Report”a istinadən xəbər verir ki, bu barədə əyalətin qubernatoru Rəhmi Doğan billdirib.

O, qeyd edib ki, terrorçu zərərsizləşdirilib, həlak olan yoxdur.
“İki terrorçunun izlənilməsi zamanı İskəndırunda partlayış olub. Heç kim həlak olmayıb. Terrorçulardan biri zərərsizləşdirilib. Əməliyyat davam edir”, – o bildirib.
“Habertürk” isə bildirib ki, hadisə zamanı 3 nəfər yaralanıb. Onlardan biri polis əməkdaşıdır.
22:43
Türkiyədə partlayış olub.
Bu barədə Doğru.az “Report”a istinadən xəbər verir.
Məlumata görə, partlayış Hatayda, İskəndərun ərazisində qeydə alınıb. Hadisə yerinə çoxlu sayda polis, xilasedici və tibb işçisi cəlb edilib. Partlayış zamanı avtomobillərə, yaşayış binasına ziyan dəyib.
Ərazi mühasirəyə alınıb.
Hadisənin təfərrüatı açıqlanmır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki