image-2000x150px
image-123
image-ads_atlas
image-1719845935_449689179_505124535370030_8747277853702545474_nbackend

Türkiyənin Üsküdar Universitetinin rektoru Mətbuat Şurasında olub – FOTO

image-728x90px

Türkiyənin Üsküdar Universitetinin rektoru Nazifə Güngör, universitetin dossenti, Yeni Media kafedrasının müdiri Gül Esra Atalay, “European Culture Center” təşkilatının direktoru, Üsküdar Universitetinin doktorantı Könül Vəlibəyli Azərbaycan Mətbuat Şurasında (MŞ) olub.

Moderator.az xəbər verir ki, qonaqları salamlayan MŞ sədri Rəşad Məcid bildirib ki, hər iki ölkə arasındakı tarixi dostluq və qardaşlıq münasibətləri jurnalistlərin, media qurumlarının qarşılıqlı əməkdaşlıqlarının güclənməsinə təsir göstərməkdədir.

Bakıda olmağından məmnunluğunu ifadə edən N.Güngör rektoru olduğu Üsküdar Univeristetinin məqsəd və hədəflərindən bəhs edib. O, həmçinin qarşılıqlı əməkdaşlıq baxımından diqqətçəkən bir sıra məqamlara toxunub.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə Mətbuat Şurasının sədr müavini, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, Şuranın İdarə Heyətinin üzvləri – “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, Bayraqdar.info xəbər saytının rəhbəri Azər Həsrət,  Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu, Moderator.az xəbər portalının baş redaktoru Xəyalə Rəis, Azxeber.com xəbər saytının baş redaktoru Hacıbəy Heydərli, “Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə iştirak ediblər.

DOĞRU.AZ

image-1719845863_449520769_505124565370027_8551908973436914881_n image-1719845860_449688172_505124615370022_6477617349764887284_n image-1719845867_449768451_505124882036662_4381944142619228628_n

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki