image-n1karobka_ads
image-123
image-trt-pic_32ratio_900x600-900x600-67024backend

Türkiyəyə “Rus” qarı yağıb

image-ad_qayo_720x110px

Rusiya Federasiyasından gələn siklonun təsiri nəticəsində çərşənbə axşamı gecə Türkiyənin bir sıra bölgələrinə qar yağıb.

Türkiyənin Meteorologiya Baş İdarəsi ölkənin 6 vilayətində yağan yağışlar səbəbindən sarı təhlükə səviyyəsi ilə bağlı xəbərdarlıq edib. Rusiya Federasiyasından gələn bu siklon temperaturun kəskin enməsinə səbəb olub və bir çox rayonlarda leysan və güclü küləklə müşayiət olunub.

Türkiyənin qərbində yerləşən Kocaeli vilayətinin Kartəpə rayonuna, eləcə də qonşu Bolu vilayətinin dağlıq ərazilərinə bazar ertəsi axşamdan qar yağmağa başlayıb və burada ən azı on kəndə beş santimetr qar yağıb. Çərşənbə axşamı gecə Qara dənizdə Kastamonu vilayətinin Tosya bölgəsinə də qar yağacağı gözlənilir.

Mayın 7-də günortadan sonra Sankt-Peterburqun mərkəzində yaş qar yağmağa başlayıb. Bu barədə “Moika78” pis hava şəraitinin fotosunu göndərən oxuculara istinadən xəbər verir.

Mənbə: Habertürk

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki