Azərbaycan Premyer Liqasının 14-cü turunda sabah keçiriləcək “Keşlə” – “Sumqayıt” oyunu üçün hakim təyinatları müəyyənləşib.
Matçın baş hakimi Əliyar Ağayev olacaq. Ona Akif Əmirəli və Zeynal Zeynalov köməklik edəcək. Dördüncü hakim funksiyasını Kamranbəy Rəhimov yerinə yetirəcək.
Qeyd edək ki, “Keşlə” – “Sumqayıt” görüşü saat 16:00-da başlayacaq.

























