Polşanın baş naziri Donald Tusk deyib ki, Varşava müstəqillik uğrunda “çox qurban verməyə” hazırdır.
RMF24 radiostansiyasının məlumatına görə, o, bu barədə Kiyevə silah və sursatların çatdırıldığı Rzeşovdakı logistika mərkəzinə səfəri zamanı bildirib.
“Biz Polşada və ABŞ-da müstəqillik və azadlıq, eləcə də digər insanlar naminə çoxlu qurban verməyə hazırıq”, – Tusk vurğulayıb.
Bundan əvvəl Polşa Müdafiə Nazirliyi ABŞ-dan hava hücumundan müdafiə və raketdən müdafiə üçün 2 milyard dollar kredit aldığını açıqlamışdı.
Həmçinin Polşanın xarici işlər naziri Radoslav Sikorski Qərbi Rusiya ilə “eskalasiya” oynamağı yenidən öyrənməyə çağırıb.
DOĞRU.AZ