Birləşmiş Aviasiya Korporasiyası yeni Su-35S çoxməqsədli qırıcılarının daha bir partiyasını Rusiya Müdafiə Nazirliyinə təhvil verib.
Bu barədə “Rostec”in rəsmi saytındakı press-relizdən məlum olub.
“4++ nəsil təyyarələr zavod sınaqlarının tam dövrü keçib, müxtəlif iş rejimlərində sınaqdan keçirilib və öz aerodromuna uçub”, – deyə məlumatda bildirilir.
Bildirilir ki, Su-35S həm gündüz, həm də gecə, istənilən hava şəraitində və aerodromdan böyük məsafələrdə hava üstünlüyü əldə etmək, yer və yerüstü hədəfləri məhv etmək üçün hazırlanıb.
“Yeni təyyarəni qəbul edərkən VKS ekipajları təyyarəni yaradan konstruktorlara və işçi qruplara minnətdarlıqlarını bildiriblər”, – deyə mətbuat xidməti əlavə edib.
DOĞRU.AZ