image-n1karobka_ads
image-123
image-sjmxq7cjtdslnyxxvnqmcg2pcoznsfbdj9qp6orn_640backend

Üç aya 66 ədəd şokolad oğurladı, kafedə bir manata satdı

image-ad_qayo_720x110px

Bakıda son üç ayda eyni marketdən 66 ədəd şokolad oğurlayan şəxs saxlanılıb.

“Qaynarinfo”nun məlumatına görə, 1997-ci il təvəllüdlü Hüseyn Zeynalov (şərti) barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

Məhkəmədə məlum olub ki, Səbail rayonu, “20-ci sahə” dairəsi yaxınlığında yerləşən supermarketdən 30 ədəd şokoladı idman gödəkcəsinin içərisinə qoyaraq, marketdən çıxmaq istəyib. Bu zaman marketin mühafizəsi tərəfindən saxlanılıb. Həmin şəxs hadisədən üç ay əvvəl, yəni 2024-cü ilin fevral ayında da həmin marketdən 36 ədəd şokolad oğurlayıb.

O, məhkəmədə oğurladığı şokoladları kafelərə bir manata satdığını bildirib.

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib və 30 gün müddətinə inzibati qaydada həbs edilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki