image-2000x150px
image-123
image-ads_atlas
image-img_20220426_100853_855backend

UEFA Gənclər Liqasında qalib bəllidir

image-728x90px

UEFA Gənclər Liqasında 2021/2022 mövsümünün qalibi bəlli olub.

Doğru.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən finalda oyununda Asvtriya “Zaltsburq”unu 6:0 hesabı ilə darmadağın edən Portuqaliya “Benfika”sı 4-cü cəhdində titula sahib çıxıb. Hesabı 2-ci dəqiqədə Martim Neto açıb. 15-ci dəqiqədə Enrike Araujo fərqi artırıb.

53-cü dəqiqədə Şer N Dur 3-cü topu rəqibin qapısından keçirib. 57-ci dəqiqədə Araujo özünün 2-ci, komandasının 4-cü qolunu vurub. 69-cu dəqiqədə Luiş Semedu Avstriya təmsilçisini növbəti dəfə meydanın mərkəzinə dəvət edib. Son nöqtəni isə 89-cu dəqiqədə Araujo qoyub. Penaltidən fərqlənən 20 yaşlı hücumçu het-trikini rəsmiləşdirib.

Qeyd edək ki, “Benfika” və “Zaltsburq” 2017-ci ildə də Gənclər Liqasının finalında qarşılaşıb. Həmin oyunda Portuqaliya təmsilçisi 1:2 hesabı ilə uduzub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki