Azərbaycan artıq UEFA-nın bayrağı altında təşkil olunan oyunlara ev sahibliyi edə biləcək.
Qitə futbol qurumunun İcraiyyə Komitəsi İkinci Qarabağ Müharibəsi zamanı beynəlxalq matçların ölkədə keçirilməsinə dair oktyabrın 20-də qoyulan qadağanı ləğv edib.
Doğru.az xəbər verir ku, bu addım noyabrın 9-da Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşması bağlandıqdan sonra ümumi şərtlər nəzərə alınaraq atılıb.

























