image-n1karobka_ads
image-123
image-686b79ddae5ac956dc1394ccbackend

Ukrayna Almaniyaya gizli silah siyahısı təqdim etdi

Ukrayna Almaniyaya hava hücumundan müdafiə sistemləri, zirehli texnika və elektron müharibə vasitələri daxil olmaqla, tələb olunan silahların qapalı siyahısını təqdim edib.

Doğru.az xəbər verir ki, Bild nəşrinin məlumatına görə, sənəd Ukrayna hərbçiləri tərəfindən hazırlanaraq Berlindəki rəsmilərə təqdim olunub.

Siyahıya idarə olunan raketlərlə təchiz olunmuş IRIS-T zenit sistemləri, 200 min ədəd pilotsuz uçuş aparatı, mühəndislik avadanlıqları, GPS siqnallarını pozan qurğular, radarlar və digər hərbi vasitələr daxildir. Bundan əlavə, Kiyev Almaniyadan onlarla ağır texnika və minlərlə dəst müxtəlif təchizat tələb edib.

Qeyd edək ki, bundan əvvəl Almaniyanın Bundesver ordusuna bağlı Münhen Universitetinin analitiki Karlo Masala Ukraynanın silah ehtiyatlarının yalnız yay fəsli bitənə qədər davam edə biləcəyini bildirmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki