image-ads_n1karobka_mobile
image-69e4e515ae5ac918912d6dbebackend

Ukrayna Ankara vasitəçiliyi ilə Putin–Zelenski görüşü təklif edib

Ukrayna Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski arasında danışıqların asanlaşdırılması üçün Ankaraya müraciət edib.

Doğru.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Ukrinforma müsahibəsində danışıb. Nazir bildirib ki, Kiyev belə görüşə hazırdır.

Onun sözlərinə görə, Ukrayna görüşdə ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirakını görmək istərdi.

Hakan Fidan daha əvvəl Ərdoğanın Putinə Ukrayna ilə bağlı yeni danışıqlar təşkil etməyə hazır olduğu barədə mesaj çatdırdığını bildirib. Zelenski isə Ukrayna ilə bağlı yeni üçtərəfli görüşə hazırlıqların aparıldığını açıqlayıb.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki