Ukrayna ABŞ Beynəlxalq İnkişaf Agentliyindən (USAID) 20 min ton metal alacaq.
RİA Novosti xəbər verir ki, bu barədə Ukraynanın Yenidənqurma və İnfrastrukturun İnkişafı üzrə Dövlət Agentliyi məlumat yayıb.
Nəşrin məlumatına görə, metal energetika obyektlərində ikinci səviyyəli qoruyucu konstruksiyaların yaradılmasında istifadə olunacaq. Agentlik qeyd edib ki, ikinci mühafizə səviyyəsinə Ukraynanın 14 regionunda 22 yarımstansiya və 63 avtotransformator daxildir.
Metal tədarükü layihəsi USAID-in podratçısı olan Tetra Tech ES şirkəti tərəfindən həyata keçirilir. Agentlik qeyd edib ki, şirkət Ukrayna istehsalçısından metal alır və metalın ilk partiyası artıq gəlib və təyinatı üzrə istifadə olunur.
Agentliyin sədr müavini Valeriya İvanovanın sözlərinə görə, Ukrayna artıq beş min tona yaxın armatur alıb ki, bu da artıq qərb, mərkəzi və cənub bölgələrində dron əleyhinə müdafiə strukturlarının tikintisində istifadə olunur.
Mənbə: RİA Novosti