Ukraynanın iqtisadiyyatı hərbi əməliyyatlar və kütləvi köçlər səbəbindən iflasa yaxınlaşır.
Bu barədə RİA Novosti agentliyi Ukrayna Milli Elmlər Akademiyasının Demoqrafiya və Sosial Tədqiqatlar İnstitutunun tədqiqatına istinadən məlumat yayıb.
Tədqiqatçıların fikrincə, son 20 ayda ən azı altı milyon insan ölkəni tərk edib, daha dörd milyona yaxın insan isə Rusiyaya verilmiş ərazilərdə qalıb.
Ukraynada işsizlik səviyyəsi 2022-ci ildə 21,1%-ə çatıb və ölkə bu göstərici üzrə dünya liderlərinin ilk onluğuna daxil olub. Müqayisə üçün qeyd edək ki, Polşada işsizlik beş faizdən də azdır. Eyni zamanda, ukraynalı qaçqınların 40%-i bir həftə ərzində Polşada iş tapır.
Mənbə: RİA Novosti