Ukrayna məhkəməsi sentyabrın 16-da Ali Radanın deputatı Aleksandr Dubinskinin Ukrayna parlamentindən prezident seçkilərini təyin etməyə məcbur etmək tələbi ilə bağlı iddiasına baxmalıdır.
Doğru.az xəbər verir ki, bu barədə RİA Novosti yazır.
Ukraynada prezident seçkiləri martın 31-də keçirilməli idi, lakin hərbi vəziyyət və səfərbərlik səbəbindən ləğv edildi.
Daha əvvəl irlandiyalı jurnalist Chey Bowes Vladimir Zelenskinin barışıq əldə olunacağı təqdirdə Ukraynada seçkilərin keçirilməsindən qorxduğu barədə fikir bildirib.
Həmçinin Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Kiyev rejimi ölkədə seçki keçirmək istəmədiyi üçün döyüşləri dayandırmağa hazır deyil.
DOĞRU.AZ