image-n1karobka_ads
image-123
image-683896f402e8bd1ee6610f03backend

Ukrayna nümayəndə heyəti danışıqlar aparmaq üçün İstanbula gəlib

Ukrayna nümayəndə heyəti Rusiya tərəfi ilə danışıqlar aparmaq üçün İstanbula gəlib.

Bu barədə Ukrayna mətbuatı Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tıxıya istinadən məlumat yayıb.

Onun sözlərinə görə, danışıqlar günün ikinci yarısına planlaşdırılıb.

Bundan əvvəl Rusiya nümayəndə heyəti öz danışıqlar qrupunun eyni tərkibi ilə İstanbula gəlmişdi.

Ukrayna tərəfi ilə danışıqlar Türkiyənin Çırağan sarayında baş tutacaq . İclasın 2 iyun bazar ertəsi saat 13:00-da başlaması gözlənilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki