image-2000x150px
image-123
image-ads_atlas
image-2023-07-03t131220z_2133271510_rc2pv1aolo09_rtrmadp_3_poland-germany-pic_32ratio_900x600-900x600-97233backend

Ukrayna “Patriot” zenit sistemlərinin çatışmazlığı səbəbindən mövqelərini itirdiyini açıqlayıb

image-728x90px

Kiyev hakimiyyəti sərt ifadələrlə Qərb ölkələrindən Ukrayna Silahlı Qüvvələrini onlar üçün “Patriot” zenit-raket kompleksləri və raketlərlə təmin etməyi tələb edir.

Bu barədə “Politico” yazır.

Nəşr Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın sözlərini sitat gətirir: “Bizə bu lənətə gəlmiş “Patriotları verin!”

Nazir əlavə edib ki, Ukraynada kifayət qədər hava hücumundan müdafiə sistemləri, o cümlədən Patriot olsa, Kiyev hakimiyyəti insanların həyatını qoruya və ölkə iqtisadiyyatını məhv olmaqdan xilas edə bilərdi.

Kuleba nəşrə bildirib ki, Rusiyanın modernləşdirilmiş idarə olunan bombalardan istifadə etməsi səbəbindən Ukrayna Silahlı Qüvvələri mövqelərini itirir. Nazirin sözlərinə görə, “bunlar qaça bilməyəcəyiniz silahlardır” və onlardan istifadənin qarşısını almağın yeganə yolu daşıyıcı təyyarələrə hücum etməkdir. Patriot kompleksləri məhz bunun üçündür.

Mənbə: Haber 7

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki