image-n1karobka_ads
image-123
image-67fdecf4ae5ac907837d78bbbackend

Ukrayna PUA-nın hücumundan sonra itki və dağıntı yoxdur

image-ad_qayo_720x110px

Aprelin 15-nə keçən gecə Voronej vilayətində üç Ukrayna pilotsuz uçan aparatı hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.İlkin məlumatlara görə, itki yoxdur.

Bu barədə qubernator Aleksandr Qusev Telegram kanalında məlumat verib.

“Dünən gecə Voronej vilayətinin üç rayonunda növbətçi hava hücumundan müdafiə qüvvələri üç pilotsuz uçuş aparatını aşkar edərək məhv edib”, – Qusev yazıb.

İlkin məlumatlara görə, hücum nəticəsində tələfat və dağıntı olmayıb, qubernator aydınlıq gətirib.

Bundan əvvəl Aleksandr Qusev hava hücumundan müdafiə qüvvələrinin Voronej vilayəti ərazisində Ukraynaya məxsus pilotsuz təyyarəni məhv etdiyini bildirmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki