Ukraynada qarşıdan gələn seçkilərə hazırlıq başlayıb.
Bunu Ali Radanın spikeri Ruslan Stefançuk deyib.
Onun sözlərinə görə, Reuters-in sitat gətirdiyi kimi , Ukraynada seçkilərə hazırlıq “çox erkən mərhələdədir”.
Nəşr onu da qeyd edir ki, münaqişə bitdikdən sonra Ukrayna səsvermənin vaxtını və qaydalarını müəyyən edən yeni qanun qəbul etməli olacaq. Stefançukun sözlərinə görə, Kiyev artıq bu məsələ üzərində işləyir, lakin layihə üzərində iş hələ başlamayıb.
Daha əvvəl irlandiyalı jurnalist Çey Bouz bildirmişdi ki, Volodimir Zelenski Ukraynada seçki keçirmək istəmədiyi üçün sülhə can atmır.
DOĞRU.AZ