image-2000x150px
image-123
image-ads_atlas
image-bez-imeni-37-pic_32ratio_1200x800-1200x800-54134backend

Ukrayna sərhəd blokadalarına görə dekabrda 210,6 milyon dollar itirib

image-728x90px

Ukrayna 2023-cü ilin dekabrında qərb sərhədlərinin blokadası səbəbindən təxminən 8 milyard qrivna (210,6 milyon dollar) itirib.

Bu barədə Ali Radanın xalq deputatı Yaroslav Jeleznyak özünün Telegram-kanalında məlumat verib.

O əlavə edib ki, ötən ilin son ayında Ukraynanın büdcəsinə beynəlxalq yardım təxminən 5 milyard dollar təşkil edib.

Ötən ilin sonunda Polşadan olan daşıyıcılar, sonra isə fermerlər Ukrayna ilə sərhəddə avtomobil keçid məntəqələrini bağladılar. Onlar Avropa İttifaqının Ukrayna şirkətlərinə verdiyi güzəştlərin ləğvini, xüsusən də Ukraynadan kommersiya yüklərinin daşınması üçün əvvəlki icbari lisenziyalaşdırma prosedurunun bərpasını, habelə Ukraynanın nəqliyyat şirkətlərinə verilmiş icazələrin ləğvini tələb ediblər.

Mənbə: Gazeta.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki