image-n1karobka_ads
image-123
image-photo_2023-03-29_14-48-32backend

Ukrayna Silahlı Qüvvələri Zaporojjya AES-in Təlim Mərkəzinə hücum edib

image-ad_qayo_720x110px

Ukrayna Silahlı Qüvvələri Zaporojjya Atom Elektrik Stansiyasının təlim mərkəzinə hücum edib.

Doğru.az xəbər verir ki, stansiyanın məlumatına görə, Kiyev rejimi üç pilotsuz uçuş aparatından istifadə edib.

“Zərbə stansiyanın birinci enerji blokundan təxminən 250-300 metr məsafədə endirilib. Xoşbəxtlikdən hücum yanğınla nəticələnməyib və kritik dağıntı qeydə alınmayıb”, – Zaporojjya AES-dən bildirilib.

Hazırda mütəxəssislər dəymiş ziyanı qiymətləndirirlər. Zaporojjya AES normal rejimdə fəaliyyətini davam etdirir.

Bundan əvvəl Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) sonuncu qalan əsas elektrik ötürücü xəttinə qoşulmuş Zaporojjya AES-də risklərin artdığını açıqlamışdı. MAQATE həmçinin stansiyanın yaxınlığında pilotsuz uçuş aparatlarından istifadə hallarının sayının artdığını vurğulayıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki