image-2000x150px
image-123
image-ads_atlas
image-fe56033c28526185backend

Ukrayna yeni “Bayraktar”lar alıb – FOTO

image-728x90px

“Ukrayna yeni “Bayraktar” pilotsuz uçuş aparatları alıb. Onlar artıq döyüş növbətçiliyindədirlər”.

Bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov özünün “Facebook” hesabından məlumat verib.

“Aldığımız yardımların həcmi artır. Bu yardımı edən ölkələrin sayı çoxalıb. Hətta qeyri-mümkün hesab edilənlər də qoşulur. Artıq yeni “Bayraktar”lar Ukraynaya çatdırılıb”, – deyə o, bildirib.

Nazirin sözlərinə görə, Avropa Ukraynanın arxa cəbhəsinə çevrilir və kritik müdafiə ehtiyaclarını təmin edir.

Bundan əvvəl Ukraynanın Türkiyə ilə “Bayraktar” pilotsuz uçuş aparatlarının tədarükünü artırmaq barədə razılığa gəldiyi bildirilmişdi.

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki