image-2000x150px
image-123
image-ads_atlas
image-1646632394_peterburqda-aksiyabackend

Ukraynada dinc əhalinin küçələrdə kütləvi edamı hazırlanır – RUSİYA PLANININ ÜSTÜ AÇILIB

image-728x90px
Rusiya Federal Təhlükəsizlik Xidməti Ukraynanın Rusiya ordusu tərəfindən ələ keçirilmiş şəhərlərində əhalini qorxutmaq üçün qorxunc əməliyyatlar həyata keçirməyi planlaşdırır.  Bu barədə Böyük Britaniyanın Financial Times (FT) qəzeti Qərb xüsusi xidmət orqanlarına və məmurlara istinadən məlumat verir. 

Məqsəd  bu yolla əhalinin şəhərlərə daxil olmuş Rusiya əsgərlərinə müqavimətini azaltmaqdır.

“Onlar mümkün etiraz və müqaviməti aqressiv yollarla susdurmaq planları üzərində çalışır. Bura etiraz edən kütlənin vəhşicəsinə dağıdılması, təşkilatçılara qarşı repressiyaların tətbiqi və hətta etiraz edən ukraynalıların kütlə qarşısında edam edilməsi daxildir”, –  qəzet məlumatlı məmurlardan birindən sitat gətirərək yazır.

Ukraynalılar Vladimir Putinin təbirincə desək onları “narkomanlar, neonasistlər və banderaçılardan azad etmək üçün”  göndərdiyi işğalçı Rusiya ordusuna ciddi  müqavimət göstərir. Kreml ancaq Ukrayna ordusu və  ukraynalılar tərəfindən qanuni seçilən ölkə rəhbərliyi ilə döyüşdüyünü iddia edir və  dinc əhali ilə işi olmadığını söyləyir.

Əli silahsız ukraynalılar isə  tankların qarşısında uzanır,  ruslar tərəfindən işğal edilən şəhərlərdə dişinəcən silahlanmış Rusiya hərbiçiləri ilə açıq  mübarizəyə atılır və etiraz aksiyaları keçirirlər.

Cəza əməliyyatları Putinə bu müqaviməti qırmağa və ordunun işini asanlaşdırmağa imkan verəcək,  – qəzet yazır. Ən əsası isə bu əməliyyatlar sanksiya və hərbi itkilər səbəbindən iqtisadi problemlər yaşayan Rusiyaya ucuz başa gələcək.

Rusiya güc nazirliklərinin öz ölkələrində bu kimi cəza əməliyyatlarını keçirmək baxımından yaxşı təcrübəsi var.

ABŞ USAWC hərbi akademiyasının tətdiqatlarına əsaslansaq deyə biləri ki,  bir ölkənin  işğalı  1 min əhali başına 20 əsgərin göndərilməsini tələb edir. Çeçenistanı sındırmaq üçün isə Rusiya 1 min əhali üçün  150-dən çox  əsgər göndərməli olmuşdu. Bu elə də ucuz deyil. Cəza əməliyyatları isə bu xərcləri xeyli azaltmağa imkan verəcək.

“Ukraynanın böyük əraziyə malik olması Moskvaya terror yolu ilə bu ölkəni qırmağa imkan verməyəcək. Şəxsi heyətin çatışmadığı bir şəraitdə bu sınanmış və ucuz üsul sayılır”, – qəzet European Institute of Peace baş məsləhətçisi Serxio Xaramilyodan sitat gətirir.

Qəzet yazır ki, bu ilin fevralına ABŞ  BMT-ə Rusiya hərbiçilərinin Ukraynada dinc əhalini sındırmaq üçün belə bir plan hazırladığını  bildirmişdi. Artıq Ukraynanın işğalından sonra kimlərin öldürüləcəyi və həbs edilərək  uzaq düşərgələrə göndəriləcəyi ilə bağlı siyahı da tərtib edilib.

O zaman Kremlin sözçüsü Dmitri Pekov bunu yalan və feyk xəbər adlandırmışdı. anews.az

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki