image-2000x150px
image-123
image-ads_atlas
image-virus_outbreak_reluctant_ukraine_71068backend

Ukraynada vaksinasiyadan keçənlərə pul mükafatı veriləcək – VİDEO

image-728x90px

Ukraynada koronavirusa qarşı vaksinin hər iki dozasını vurduran şəxslərə pul mükafatı veriləcək.

Bunu ölkə prezidenti Vladimir Zelenski “Telegram” kanalındakı videomüraciətində bildirib.

Onun sözlərinə görə, dekabrın 19-dan start götürəcək proqram çərçivəsində vaksinasiyasını tamamlayan şəxslərə 1000 qriven (təxminən 64 manat) ödəniləcək.

Bu vəsaitdən yalnız idman, kino zalları, teatr və muzeylərə səfər üçün istifadə edilməsi mümkün olacaq. Bununla da, pandemiyadan ən çox əziyyət çəkən sektorlara dəstək veriləcək.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki