image-ads_n1karobka_mobile
Ukraynadakı səfrimiz; “Elmira Axundova bu sözləri ilə həqiqətə göz yumdu”backend

Ukraynadakı səfrimiz; “Elmira Axundova bu sözləri ilə həqiqətə göz yumdu”

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun ardından Ukraynadakı səfir Elmira Axundova da tutduğu posta uyğun olmayan mövqe sərgiləyib.

Savik Şusterin Ukraynada populyar olan “Svoboda Slova” verilişinə onlayn qatılan Elmira Axundova Türkiyənin Qarabağ münaqişəsinin həllindəki rolunu danmağa çalışıb.

Səfir “bizə hansısa Türkiyə kömək etməyib” kimi fikir də işlədib. Elmira Axundova 5 dəqiqə 20 saniyəlik çıxışı zamanı Qarabağ müharibəsindən Azərbaycanı qələbə ilə çıxaran Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin adını belə çəkməyi lüzum görməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki