image-n1karobka_ads
image-123
image-695f7ce2ae5ac91770771cc2backend

Ukraynaya 15 minə qədər əsgər göndərilməsi müzakirə olunur

image-ad_qayo_720x110px

Böyük Britaniya və Fransa Rusiya ilə sülh müqaviləsi imzalanacağı təqdirdə Ukraynaya 15 minə qədər əsgər göndərməyi planlaşdırır.

Doğru.az xəbər verir ki, bu barədə The Times qəzeti mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, London ilkin mərhələdə 64 min nəfərlik daha geniş beynəlxalq kontingentin tərkibində 10 min britaniyalı əsgərin yerləşdirilməsini nəzərdə tuturdu.

Lakin Böyük Britaniya Müdafiə Nazirliyi ordunun mövcud say tərkibini nəzərə alaraq bu planın reallaşdırılmasının mümkün olmadığını etiraf edib. Qəzetin mənbələrinə görə, hazırda London Ukraynaya 7 500-dən az hərbçi göndərməyə hazırdır.

Məlumata əsasən, Fransa Böyük Britaniyadan başqa Ukraynaya qoşun göndərməyi öhdəsinə götürən yeganə ölkədir. Mənbələr qeyd edirlər ki, hər iki ölkədən ümumilikdə 15 min nəfərlik birgə qüvvənin formalaşdırılması belə hazırkı mərhələdə optimist ssenari hesab olunur.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki