image-2000x150px
image-123
image-ads_atlas
image-1289c6f9-ac12-4fb1-a37d-b505ab20ba00backend

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində həvəskar dağ-xizəyi yarışının uşaqlar arasında keçirilən mərhələsi baş tutub

image-728x90px

 

Fevralın 19-da Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı, eləcə də Gənclər və İdman Nazirliyinin, Dövlət Turizm Agentliyinin və Milli Olimpiya Komitəsinin dəstəyi ilə keçirilən Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan həvəskar dağ-xizəyi yarışının uşaqlar arasında keçirilən mərhələsi baş tutub.

İdman tədbirinə öncədən qeydiyyatdan keçən və 3 müxtəlif yaş kateqoriyasında olan 55 qız və oğlan xizəkçi yarışın “Slalom Gigant” növü üzrə mübarizə aparıblar. Balaca idmançılar 500 metrlik məsafəni sürətlə qət edərək yüksək nəticə əldə etməyə çalışıblar.

Yarışın nəticələri aşağıdakı kimi olub:

– Qızlar arasında 3-6 yaş kateqoriyası üzrə:
Arina Nağayeva (Azərbaycan)
Lea Makkenal (Böyük Britaniya)
Aleksandra Kuskiana (Rusiya Federasiyası)

– Oğlanlar arasında 3-6 yaş kateqoriyası üzrə:
Mixayıl Filipov (Rusiya Federasiyası)
Kiril Kostin (Rusiya Federasiyası)
Matvey Bivol (Rusiya Federasiyası)

– Qızlar arasında 9-12 yaş kateqoriyası üzrə:
Darya Darodnaya (Rusiya Federasiyası)
Milana Baqdanova (Rusiya Federasiyası)
Nurel Hacıbəyli (Azərbaycan)

– Oğlanlar arasında 9-12 yaş kateqoriyası üzrə:
Amin Şixov (Azərbaycan)
Kaan Mədetoğlu (Türkiyə)
Artem Sleptsov (Ukrayna)

– Qızlar arasında 13-17 yaş kateqoriyası üzrə:
Məryəm Sofiyeva (Azərbaycan)
Valeriya Dudçenka (Rusiya Federasiyası)
Mədinə Abdullayeva (Azərbaycan)

– Oğlanlar arasında 13-17 yaş kateqoriyası üzrə:
Kayl Makkey (Böyük Britaniya)
Karl-Leo Panke (Almaniya
İsmayıl Tağızadə (Azərbaycan)

Qaliblər “Şahdağ” Turizm Mərkəzi tərəfindən medallar və kubokla təltif olunub.Həmçinin onlara Milli Olimpiya Komitəsi tərəfindən diplomlar və müxtəlif həvəsləndirici hədiyyələr təqdim edilib. Tədbirdə Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev qonaq qismində iştirak edib.

Qeyd edək ki, fevralın 18-dən start götürən 2 günlük yarışın 1-ci günündə böyüklər arasında 3 müxtəlif yaş kateqoriyasında olan qadın və kişilər birincilik uğrunda mübarizə aparıblar. Qaliblər medallar və diplomlarla təltif olunublar.

DOĞRU.AZ

image-1f2450c2-a40e-43a2-8a12-f948365443cf image-4a0577bc-d094-40ad-9e62-9d0952ba067d image-6a4af1e6-7469-4000-bd0b-079902341c76 image-9a8e5562-4980-4173-b8ea-ab605b234089 image-37d5697a-a54d-4c3a-b370-cb54795e0415 image-40c4bc27-fbd9-4a2d-aa39-4493e76bdee0 image-59fbad03-f583-4f92-8190-6dbc0311fe9e image-66d51c83-5460-4c4b-adb3-ef70a8998855 image-516c436a-b75e-41c3-b70f-2f8f3ce47675 image-1289c6f9-ac12-4fb1-a37d-b505ab20ba00 image-49734c8f-c3cd-4629-9117-b7ae972a06a5 image-a0a7fedf-44b1-4c7c-a842-97e87e124aa6 image-a5b27e4e-946a-4eab-a7bc-425a1d347c64 image-a54721b0-050b-4e76-a2ab-415f6ddc05ee image-b239a3fa-076a-4528-9fad-3fde1b58af41 image-bc4a4350-40e1-400d-b915-60b7d794e3ac image-d6fcb4a0-fb10-446c-a5a6-7febe9858089 image-d6549e75-698b-43e4-8c43-ab6d028923ca image-e6e27782-c2f1-4bcb-87fb-c4d5eb10ee32 image-ec1f97db-25c7-4858-9866-17a832c74f1d image-f246b07a-2f78-4175-ac8a-c0a1b21defa2 image-f96540e8-631d-4218-a09e-e93b946b5e1b image-fdbf638d-3d45-4960-a848-ad3bb1c65ef2 image-fdc4cf16-f73a-4e5c-a018-6fad64d24249

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki