image-2000x150px
image-un-corekbackend

Unun qiyməti bu SƏBƏBDƏN qalxdı – Ekspertdən AÇIQLAMA

image-728x90px
“Həm dünyada, həm də Azərbaycanda baş verən taxıl böhranının əsas səbəbi Rusiya-Ukrayna müharibəsidir. Bu problem əvvəllər də var idi, amma müharibə böhranı daha da dərinləşdirdi. Bütün səylərə baxmayaraq, hazırda problemi həll etmək mümkün deyil”.

Bu sözləri  açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov deyib. O, bildirdi ki, dünya bazarında ərzaqlıq buğdanın qiyməti artıq may ayından etibarən özünün pik həddinə çatsa da, Azərbaycanda çörəyin və buğdanın qiymətlərində artım olmadı.

Onun sözlərinə görə, baş verənləri dəyərləndirən Azərbaycan hökuməti bahalaşmaya getmədi və müəyyən vasitələrlə bunun qarşısını aldı:

“Hazırkı dövrlə müqayisədə,may ayında Azərbaycanın taxıl ehtiyatları kifayət qədər idi. Çünki, 2021-ci ilin yanvar-noyabr aylarında ölkəyə 1 milyon tondan artıq taxıl gətirilmişdi. Bu ilin yanvar ayında isə ötən ilin eyni dövrü ilə müqayisədə 4 dəfə artıq taxıl idxal edildi. Aprel ayına qədər isə taxıl idxalı kifayət qədər yüksək oldu. Hazırda taxılın qiyməti may ayı ilə müqayisədə kifayət qədər düşsə də, dalğalanmalar hələ də davam edir. İdxal taxılın qiyməti isə yanvar ayındakından xeyli yüksək olduğu üçün çörəyin və unun qiymətində artımlar qaçılmaz oldu”.

Bu gün Azərbaycanın daxili taxıl tələbatının idxaldan 40 faiz asılı olduğunu deyən ekspert qeyd etdi ki, bu göstərici ümumi buğda ehtiyatları konteksində belədir:

“Ancaq ərzaqlıq buğdanın hesabına olan asılılıq daha çoxdur və bu, təxminən 80 faizə yaxındır. Yəni, hər 100 kq-lıq buğda ehtiyatının 80 kilosunu xaricdən idxal edirik. Bir sözlə, hazırkı təhlükələr problemi daha da aktuallaşdırır”.

Problemdən çıxış yolunun olduğunu söyləyən müsahibimiz bildirdi ki, işğaldan azad olunmuş ərazilərdə bu il 50 min hektar əkin sahəsi yaradılıb:

“Əkin sahələrinin növbəti ilə qədər 100 min hektara qədər artırılması nəzərdə tutulub. Düşünürəm ki, bu rəqəmi 150 min hektara qədər qaldırmaq mümkündür. Bu ərazilərdə əkin sahələrinin strukturuna yenidən baxmaqla, yüksək səviyyədə araşdırma aparmaqla, buğda əkini sahələrini və ərzaqlıq buğdanın çəkisini artırmaq olar”.

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki