image-2000x150px
image-123
image-ads_atlas
image-img_20210710_214129_455backend

Üzgüçümüz finala vəsiqə qazandı!

image-728x90px

Azərbaycan üzgüçüsü Məryəm Şeyxəlizadəxangah İtaliyanın Roma şəhərində keçirilən Üzgüçülük üzrə Avropa Birinciliyində finala vəsiqə qazanıb.

Azərbaycanın Üzgüçülük Federasiyasından Doğru.az-a bildiriblər ki, bunu milli komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanov deyib.

Onun sözlərinə görə, üzgüçülük üzrə milli komandanın üzvü Məryəm Şeyxəlizadəxangah 50 metr məsafədə batterflay üsulunda 27.12 saniyə göstərici ilə finala yüksəlib:

“Bu Azərbaycan üzgüçülük tarixində bir ilkdir. Bu yarışda Avropanın üzgüçülük üzrə çox güclü milli komandalarının yüksək nəticələr göstərən idmançıları iştirak edir. Azərbaycan üzgüçüsünün belə bir mötəbər turnirdə finala vəsiqə qazanması böyük uğur hesab oluna bilər”.

Baş məşqçi bildirib ki, bu yarışda ölkəmizi milli komandamızın digər üzvü olan Ramil Vəlizadə də təmsil edir. Bu üzgüçümüzdən də yüksək nəticələr gözləyirik:

“Bu Avropa Birinciliyində üzgüçülərimizin uğur qazanacağına böyük ümidlərimiz var. Ramil Vəlizadə beynəlxalq turnirlərdə Azərbaycanı yüksək səviyyədə təmsil etmək gücündə olan idmançıdır. Ümidvaram ki, o da Məryəm Şeyxəlizadəxangah kimi ən azı final mərhələsinə vəsiqə qazanmaq gücündədir”.

Məlumat üçün bildirək ki, Romada keçirilən Avropa Birinciliyində 48 ölkədən 304-ü kişi, 261 qadın olmaqla üçuçilikdə 565 işmançı güclərini sınayır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki