image-ads_n1karobka_mobile
Vətən müharibəsinin iştirakçısı AFFA-nın Kütləvi futbol departamentinin əməkdaşı Orxan Mikayıllı ilə bu gün görüş keçirilib.backend

Vətən müharibəsinin iştirakçısı AFFA-nın Kütləvi futbol departamentinin əməkdaşı Orxan Mikayıllı ilə bu gün görüş keçirilib.

İcraçı vitse-prezident Elxan Məmmədov torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyib.

Vətən müharibəsinin bütün iştirakçılarına ölkəmizin futbol ailəsi adından təşəkkürünü bildirib.

Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunması münasibətilə Orxan Mikayıllını bir daha təbrik edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki