image-ads_n1karobka_mobile
image-100d9f30160371969774338331110083142backend

Vətəndaşlar İlham Əliyevin fəaliyyətini qiymətləndirdi – SORĞU

Sosial Tədqiqatlar Mərkəzi (STM) “İnam indeksi” jurnalının 5-ci sayında, “Prezidentin Fəaliyyəti ictimai rəydə” sorğu sənədində yer alan bəzi nəticələri ictimailəşdirib.

Bu barədə “Doğru.az”-a STM-dən məlumat verilib.

Prezidentin müxtəlif istiqamətlərdəki fəaliyyəti də respondentlər tərəfindən qiymətləndirilib.

Belə ki, Prezidentin ordu quruculuğu və ordunun təkmilləşdirilməsi (86,5%), xarici siyasət (69,4%), sosial müdafiə (50%), qeyri-neft sektorunun (45,3%) və kənd təsərrüfatının inkişafı (46,7%), kadr islahatları (43,7%), korrupsiyaya qarşı mübarizə (45,8%), əhalinin sağlamlığının qorunması (54,9%), əhalinin fiziki və mülki təhlükəsizliyinin təmin edilməsi (60%), pandemiyanın mənfi təsirlərinin aradan qaldırılması (55,7%), mədəni sahədəki islahatlar (51,5%) istiqamətlərindəki fəaliyyəti respondentlər tərəfindən “çox yaxşı” qiymətləndirilib.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki