Beyləqan rayonunda polis əməkdaşları daha iki ədəd “AK-74” markalı avtomatı təhvil götürüb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər zamanı rayon sakini olan bir nəfər tapdığı silah-sursatı təhvil verib. Belə ki, tapılan 2 ədəd Kalaşnikov konstruksiyalı “AK-74” markalı avtomat, 2 ədəd avtomat sandığı və 60 ədəd patron müvafiq qaydada götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
DOĞRU.AZ