“Qarabağ”ın müdafiəçisi vətəni Haitidə koronavirusdan əziyyət çəkən insanlara yardım edəcək. Bunun üçünsə maraqlı ideya təklif edib.
Deməli, dekabrın 27-də Haitidə “Geryenin dostları” ilə “Ölkənin ulduzları” komandası üz-üzə gələcək. Ölkənin aparıcı telekanalının yayınlayacağı oyundan əldən olunan gəlir koronavirusa yoluxaq xəstələrin müalicəsi, iynə-dərmanları üçün sərf olunacaq. Məbləğin bir qismi isə işsizlikdən və imkansızlıqdan əziyyət çəkən insanlara ayrılacaq. Xeyriyyə matçında Geryenin dostu olan ölkə prezidenti Covenel Mois də iştirak edəcək.

























