Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand bildirib ki, Saxara səhrasında baş verən “termal partlayış” nəticəsində yaranan istilik dalğası Avropadan Türkiyənin cənubuna doğru yayılır, bu həftə sonu 45°C-ə qədər temperatur gözlənilir.
Bu barədə A haber məlumat yayıb.
Onun sözlərinə görə, bu həftəsonu Türkiyənin şimalında havanın temperaturu +35°C ətrafında, ölkənin cənubunda, Aralıq dənizi sahillərində isə +40-45° isti, suyun 25-26° isti olacağı gözlənilir.
O vurğulayıb ki, Qərbi Avropanın mərkəzində hava şəraiti daha əlverişli olur, məsələn, Almaniya və Fransada temperatur fonu təxminən +25°C-dir, lakin İspaniyada – +35…40°C, eləcə də İtaliyada istilik qalır.
Bundan əvvəl məlum olub ki, təkrarlanan isti dalğaları bütün planet üçün ərzaq təhlükəsizliyi üçün risklər daşıyır və bu, yaxın onilliklərdə ərzaq qiymətlərinin artması ilə təhdid edir.
Mənbə: A haber