Azərbaycan cüdoçusu Zelim Kotsoyev Qətərin paytaxtı Dohada keçirilən “World Masters” turnirində finala yüksəlib.
100 kq çəki dərəcəsində mübarizə aparan idmançı ilk 3 görüşündə Ramazan Dərviş (Misir), Quham Ço (Cənubi Koreya) və Şadi Elnahası (Kanada) məğlub edib.
Yarımfinalda isə Kotsoyev Simeon Katharinanı (Niderland) qızıl xalla üstələməyi bacarıb.

























