Rusiyalı tennisçi Karen Xaçanov Avstraliya Açıq çempionatının dördüncü mərhələsinə adlaya bilməyib.
Üçüncü tur matçında rusiyalı amerikalı Aleks Mişelsenə 3:6, 6:7 (5:7), 2:6 hesabı ilə uduzub. Görüşün müddəti 2 saat 10 dəqiqə olub.
Amerikalı növbəti mərhələdə argentinalı Fransisko Cerundolo və avstraliyalı səkkizinci Aleks de Minaur arasındakı oyunun qalibi ilə qarşılaşacaq.
Bundan əvvəl Kasatkina Putintsevaya qalib gələrək Avstraliya Açıq çempionatının 1/8 finalına yüksəlib.
DOĞRU.AZ