image-n1karobka_ads
image-123
image-whatsapp-image-2023-04-22-at-11-01-41backend

Xaçmazda itkin düşən qardaşlar tapılmayıblar: Axtarışlar davam etdirilir – YENİLƏNİR + FOTO

image-ad_qayo_720x110px

“Xaçmazda itkin düşən iki qardaşın tapılması üzrə axtarışlar davam edir”.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.

Bildirilib ki, məsələ ilə bağlı yayılan məlumatlar əsassızdır:

“Hazırda onların tapılması istiqamətində axtarışlar davam etdirilir”.

13:57

Xaçmaz şəhərində məktəbdən çıxaraq itkin düşən 2 qardaş tapılıb.

Bunu açıqlamasında məktəblilərin atası Tural Muradov bildirib.

“Övladlarım Nicat və Kənan aprelin 22-də günorta saatlarında internet vasitəsi ilə əlaqə saxlayaraq Xaçmaz şəhərinin mərkəzində olduqlarını bildirdilər”, – o söyləyib.

11:08

Xaçmazda iki qardaş itkin düşüb.

İlkin məlumata görə, qardaşlar aprelin 19-da məktəbdən çıxıb və evə getməyiblər.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, itkin düşən iki qardaş barədə Xaçmaz Rayon Polis Şöbəsinə məlumat verilib:

“Xaçmaz rayon sakinləri 16 yaşlı Nicat Muradov və qardaşı 13 yaşlı Kənan aprelin 20-də təhsil aldıqları Xaçmaz rayon 9 saylı tam orta məktəbdən çıxdıqdan sonra onları görən olmayıb. Eləcə də yaşadıqları evə bir daha geri qayıtmayıblar. Şəkildəki şəxsləri görənlərdən və barələrində məlumatı olanlardan DİN-in “102” xidmətinə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinin (2332) 5 53 56 şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur”.

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki