Azərbaycanın tanınmış pop ulduzu, Xalq artisti Röya Ayxan Fransa Rivyerasında keçirilən mötəbər Kann tədbirinə qatılıb.
Doğru.az xəbər verir ki, Röya Ayxan məşhur festivalın təşkil olunduğu şəhərə özəl helikopterlə gəlib. O, festival çərçivəsində keçirilən mərasimdə “Top 100 Cultural Ambassadors of Azerbaijani Music” – “Azərbaycan Musiqisinin 100 Mədəniyyət Səfiri” siyahısına daxil edilib və bu mükafata layiq görülən ilk azərbaycanlı sənətçi olub.
Qeyd edək ki, Röya Ayxan bu axşam – 19:00-da baş tutacaq qırmızı xalça yürüşündə iştirak edəcək. Xalq artistinə bu tədbirdə stilist Anar Ağakişiyev müşayiət edəcək.
Bu uğur Röya Ayxanın beynəlxalq mədəni platformalarda Azərbaycanın musiqi sənətini təmsil etməkdəki rolunun daha bir nümunəsi kimi qiymətləndirilir.
DOĞRU.AZ